Azərbaycanın yeniyetmə oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının Avropa çempionatına hazırlıqları başa çatıb. Sport24.az  xəbər verir ki, yığma Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yarışda 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.

 

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF-in prezidentin müşaviri Natiq Bağırov milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

 

Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da keçiriləcək.