Üç çəki dərəcəsində sabiq dünya çempionu Vasili Lomaçenko Devid Heyniyə qarşı revanş görüşün baş tutmayacağınıı söyləyib. Sport24.az.az xəbər verir ki, ukraynalı boksçunun fikrincə, ədalətsiz şəkildə qalib gələn amerikalı bu dəfə titulunu itirmək təhlükəsinə görə risk etməyəcək: “Mənə elə gəlir ki, daha heç vaxt üz-üzə gəlməyəcəyik. Çünki onlar artıq qorxurlar. Adam uduzduğunu bildiyinə görə risk etməyəcək. Devidin atası da nə baş verdiyini yaxşı bilir. Amma o ənənəçilyin davam etməsini istəyirsə, revanş döyüşə çıxmalıdı. Bu görüş ona lazımdır, mənə yox. Əsl kişisənsə, təkrar görüşə razılıq ver!”