UFC-nin indiki çempionu İsrael Adesanya Cənubi Afrika Respublikasından olan Drikus Dyu Plessinin cavabını sərt şəkildə verib. Sport24.az xəbər verir ki, Plessi iyulda Robert Uittaker ilə döyüşəcək.
Həm Nigeriya, həm də Yeni Zelandiya vətəndaşı olan Adesanya bunları deyib: ''Birmənalı şəkildə Drikusun artıq birinci raundda qalib gəlməsini istəyirəm. Ümid edirəm ki, sonluq bu cür olacaq. Belədə oktaqonda onunla qarşılaşmaq fürsətim yaranacaq. Uittaker ilə üz-üzə gəlsəm, tamam başqa döyüş planı seçəcəm. Amma ümid edirəm ki, artıq sentyabrda Dyu Plessi ilə Sidneydə qarşılaşacam. Onu birinci raunddaca məhv edəcəm. Ona yazığım gəlməyəcək".
Adesanya rəqibinin etnik cəhətdən köklərinə heç vaxt şübhə ilə yanaşmadığınl vurğulayıb: "Heç vaxt onun afrikalı olmadığını deməmişəm. Bilirəm ki, CAR-da doğulub və Afrikada yaşayıb. Amma kmin kim olduğunu bilirik. O, hansı əsasla mənim, Nqannunun, Usmanın afrikalı olmasına şübhə ilə yanaşır? Özünü afrikalı olmaq baxımından bizdən üstün tutur. Axı sən kimsən? Əlimə şans düşən kimi onun dərsini verəcəm''.