Hindistanın Nyu-Dehli şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı keçirilir. Sport24 az xəbər verir ki, bu ölkənin paytaxtında zəlzələ qeydə alınıb.

Nəticədə mundialda iştirak edən bütün qadın boksçular otellərdən evakuasiya edilib. Amma bir müddət keçdikdən sonra idmançılar öz nömrələrinə qayıdıb.

Xatırladaq ki, Azərbaycan boksçuları da dünya çempionuatında iştirak edir. Nüfuzlu turnir martın 26-na qədər davam edəcək.