Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışlarında gümüş medal qazanan Azərbaycan idmançısı Alfonso Dominqes instaqram hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, o, paylaşımında iki ardıcıl Olimpiadada medal qazanan yeganə boksçumuz olmasına diqqət çəkib.

 

İdmançı həmçinin uğurunda payı olanlara təşəkkür edib: "İlk növbədə Allaha, sonra isə irəli getməyimdə dəstəyi olan ailəmə, mənə bu imkanları yaratdığına görə məşqçilərimə və Azərbaycana təşəkkür edirəm".

 

Qeyd edək ki, Alfonso Dominqes ötən gün qalmaqallı paylaşımı ilə diqqət çəkmişdi. İdmançı onu tənqid edənlərə cavab vermişdi.