Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə keçiriləcək 2 cavab matçı ilə son yarımfinalçılar da müəyyənləşəcək.

 

Əvvəlcə meydana "Zirə" və "Araz-Naxçıvan"ın futbolçuları çıxacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə Naxçıvan təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.

 

Azərbaycan Kuboki

1/4 final mərhələsi, cavab oyunu

16:00. "Zirə" - "Araz-Naxçıvan" 0:2

Qol: Felipe Santos, 3-pen, 45-pen

(ilk oyun - 0:1)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Zirə İdman Kompleksinin stadionu