"Zirə" növbəti transferini etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, qəsəbə təmsilçisi Portuqaliyanın "Pakuş de Ferreyra" klubunun nigeriyalı futbolçusu Abbas İbrahimi heyətinə qatmağa yaxındi. 

Bu barədə həmin ölkənin "Ojogo" nəşri məlumat yayıb. Belə ki, 24 yaşlı yarımmüdafiəçi Portuqaliya klubunda az oynadığı üçün "Zirə"yə keçməkdə maraqlıdı. Klub da onun bu istəyini qəbul edib. Bildirilir ki, Abbas yaxın zamanda Azərbaycan təmsilçisi ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, "Pakuş de Ferreyra"nın yetirməsi olan İbrahimi cari mövsümdə 9 matçda meydana çıxıb. O, bu ölkədə bir neçə klubda icarədə oynayıb.