Bolqarıstanın "Ludoqorets" klubu "Zirə"nin futbolçusu Salifu Sumanı heyətinə qatmaqda israrlıdır. Sport24.az xəbər verir ki, "Africafoot" nəşri mümkün keçidin detalları ilə bağlı eksklüziv məlumatlar əldə edib. 

 

Klub 21 yaşlı vingeri növbəti yay heyətinə qatmaq niyyətindədir. Artıq Bolqarıstan təmsilçisinin rəsmiləri oyunçunun nümayəndələri ilə danışıqları sürətləndirir. Futbolçunun agentləri müqavilədə 800 min avroluq sərbəstqalma bəndinin olduğunu diqqətə çatdırıblar. Bu məbləği ödəməyə hazır olan "Ludoqorest" Salifu Sumaya 3+1 illik sözləşmə təklif ediblər. 

 

Gənc vingerin nümayəndələri edilən təklifləri bəyəniblər. Bolqarlar isə artıq "Zirə" ilə danışıqları davam etdirmək istəyirlər. Klub yaxın vaxtlarda növbəti addımları atmaq niyyətindədir. 

 

Qeyd edək ki, Salifu Sumanın Bakı klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi var. O, cari mövsüm "Zirə"də 30 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.