Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında XIV tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalar üz-üzə gələcək.

 

"Zirə" "doğma divarlar" arasında "Qarabağ"ı qonaq edir. Hazırda "qartallar"ın aktivində 26 xal var. Ağdamlılar isə bir oyun az keçirməsinə baxmayaraq, 29 xalla liderdir. Rəşad Sadıqovun komandası bu gün qələbə qazanacağı halda zirvəyə şərik ola bilər.

 

Qeyd edək ki, Rauf Cabarovun ədaləti qoruyacağı matçın start fiti saat 17:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XIV tur

"Zirə" – "Qarabağ" 1:1

Qollar: İssa Cibrila, 31 - Enrike Kustodio, 44 (avtoqol)

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Əliyar Ağayev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Zirə. İdman Kompleksinin stadionu.

 

"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 20. İssa Cibrila, 5. Ange Mutsinzi, 11. Junior Martins, 77. Yeqor Boqomolski

 

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 28. Leroy Mikels, 6. Eldar Quliyev

 

Baş məşqçi: Rəşad Sadıqov

 

"Qarabağ": 99. Mateus Koxalski, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran

 

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə , 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai

 

Baş məşqçi: Qurban Qurbanov