PSJ Fransa çempionatının 15-ci turu çərçivəsində doğma meydanda "Renn"i qəbul edəcək. Sport24.az xəbər verir ki, Paris təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Qapıçı Lukas Şevalye zədəlidir. Ukraynalı müdafiəçi İllya Zabarnıy isə soyuqdəymə səbəbindən komandaya kömək edə bilməyəcək. Hər iki futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, PSJ - "Renn" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.