"Sabah"ın kapitanı Amin Seydiyev Masazırda yerləşən 5 nömrəli orta məktəbin qonağı olub.  Sport24.az xəbər verir ki, məktəblilər futbolçu ilə görüşü böyük maraqla qarşılayıblar.

 

Tədbirdə 200-ə yaxın məktəbli iştirak edib.

 

Görüş zamanı uşaqlar Aminlə söhbət edib, ona müxtəlif suallar ünvanlayıblar. Amin Seydiyev söhbət zamanı məktəblilərə öz məsləhətlərini verib. 

 

Sonda şagirdlərə klubun müxtəlif atributları hədiyyə edilib.