"Məğlub olmusansa, müsbət emosiyalar ala bilməzsən. Üstəlik, matçın əvvəlində Mirzov ayağımın altından qol vurdu. Düzdür, startdan 15 dəqiqə sonra Sutorminlə cinahlarımızı dəyişdik - mən sağda oynayırdım, o isə solda. Maraqlı təcrübə idi. Amma düzünü desəm, sağ cinah bir az adət etmədiyim mövqe idi. Demirəm ki, ona görə Mirzov ilk qolu vurdu. Ancaq bəzi bağlılıq ola bilər". Sport24.az xəbər verir ki, bu fikirləri “Zenit”in futbolçusu Danil Kruqovoy deyib. 

Onun sözlərinə görə, “Neftçi”yə 1:2 hesabıyla uduzduqları Bakıdakı yoldaşlıq görüşündə ilk qolu meydanda adət etmədiyi mövqeyə uyğunlaşmadığına görə buraxıblar: "İkinci qolda çox güman ki, onu bağlayardım. Ümumiyyətlə, mübarizəli bir matç oldu. Futbolçulara çox oyun vaxtı verdilər, məşqçilər korpusu düşünmək üçün çoxlu "material" əldə etdi. İşləməyə davam edirik. Ancaq şanslarımızdan istifadə etmədiyimizə və uduzduğumuza görə istənilən halda, üzücüdü".

Kruqovoy "Neftçi Arena"dakı ab-hava və paytaxtımız haqda da söz açıb: "Meydança yaxşı keyfiyyətlidi, firma topl oynadıq, hər şey qaydasında idi. Bakını çox bəyəndim. Gözəl, müasir şəhərdi".