İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün keçiriləcək III turun matçları ilə qrup mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında 4 qarşılaşma oynanılacaq.

Məlumdu ki, yalnız qrup qalibləri mübarizəni davam etdirmək hüququ qazanır. Bəs, yarımfinala ən şanslılar hansı komandalardı?

A qrupunda "Xocavənd"ə qrupda hazırda olduğu 1-ci yeri tutmaq üçün 1 xal da yetərlidi. Özü də bunu hələ ki xalı olmayan "Füzuli" ilə görüşdə reallaşdırmaq lazımdı. "Füzuli" qalib gələrsə isə 3 komanda arasında şəxsi oyunlara baxılacaq. Burda "Xocavənd"in böyük üstünlüyü var. "Füzuli" qrup qalibi olmaq üçün 5 top fərqilə qalib gəlməlidi.

B qrupunda "Şuşa" artıq mübarizəni dayandırıbsa, onu məğlub edənlərin son turdakı görüşü 1-ci yerin sahibini müəyyənləşdirəcək. Daha şanslı olan "Suqovuşan"a heç-heçə də yetərlidi.

C qrupunda xalı olmayan "Laçın" hazırda 1-ci yerdə olan "Qubadlı"ya qalib gələrsə, hər 3 komanda arasında şəxsi oyunların nəticələrinə baxılacaq. Göründüyü kimi, burda da hazırda qrupa başçılıq edənə 1 xal da bəsdi. 

Nəhayət, D qrupu haqda. Burda vəziyət fərqlidi. O mənada ki, hazırda qrup 1-cisi olan "Ağdam"ın matçları bitib və son turdakı nəticəni gözləyir. Ağdamlıların heç-heçə qaldığı "Xankəndi" xalsız "Zəngilan"ı məğlub edərsə, ona çatacaq. Sadəcə, bunu ən azı 10 top fərqiylə etmək lazımdı. Çünki "Ağdam" "Zəngilan"ı 10 cavabsız qolla məğlub edib.  

 

 

Zəfər Kuboku

22 may

A qrupu

"Füzuli" - "Xocavənd"

8 may
"Füzuli" - "Cəbrayıl" - 2:4

15 may

"Xocavənd" - "Cəbrayıl" - 6:0

Xocavənd 1 1 0 0 6-0 3

Cəbrayıl 2 1 0 1 4-8 3

Füzuli 1 0 0 1 2-4 0

 

B qrupu

"Suqovuşan" - "Xocalı"

8 may
"Suqovuşan" - "Şuşa" - 9:1

15 may

"Xocalı" - "Şuşa" - 7:1 

Suqovuşan 1 1 0 0 9-1 3

Xocalı 1 1 0 0 7-1 3

Şuşa 2 0 0 2 2-16 0

 

C qrupu

"Laçın" - "Qubadlı"

8 may

"Laçın" - "Kəlbəcər" - 0:2

15 may

"Qubadlı" - "Kəlbəcər" - 4:0 

Qubadlı 1 1 0 0 4-0 3

Kəlbəcər 2 1 0 1 2-4 3

Laçın 1 0 0 1 0-2 0

 

D qrupu

"Zəngilan" - "Xankəndi"

4 may

"Zəngilan" - "Ağdam" - 0:10

15 may

"Xankəndi" - "Ağdam" - 2:2 

Ağdam 2 1 1 0 12-2 4

Xankəndi 1 0 1 0 2-2 1

Zəngilan 1 0 0 1 0-10 0

Bombardirlər: Nurşən Quliyev ("Suqovuşan") - 6, Xanoğlan İmanov ("Ağdam") - 4, Ümid Süleymanov ("Xocavənd"), Sərxan İbrahimoğlu ("Xocavənd"), Seymur Baxşıyev ("Xocalı"), Mirbağırağa Cəfəri ("Ağdam"), Əli Raufoğlu ("Cəbrayıl"), Şəfail Baxşıyev ("Ağdam") - hamısı 3, Murad Əliyev ("Füzuli"), Elcan Məmmədli ("Qubadlı"), Vəfadar Əliyev ("Xocalı") - hamısı 2 qol.

 

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.