"Çempionat maraqlı keçdi. Bəzi oyunlar maraqlı, bəziləri isə bir az sıxıcı idi. "Qarabağ", "Sabah", "Neftçi" və "Qəbələ" avrokuboklarda çıxış edəcək. "Qarabağ"ın çempionluğu gözlənilirdi. İkinci yer mübarizəsində "Neftçi" o qədər yaxşı çıxış etmədi. "Sabah" isə həqiqətən yaxşı oyunla ikinciliyi əldə etdi. Buna layiqli nail oldu". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.

Təcrübəli mtəxəssis Misli Premyer Liqasının başa çatan 2022/23 mövsümünü dəyərləndirərkən, son anda avrokuboklardan kənarda qalan "Zirə"yə və son yeri tutaraq PremyerLiqadan düşən "Şamaxı"ya da toxunub: ""Qəbələ" dördüncülük uğrunda sona qədər "Zirə" ilə yarışdı. "Zirə" bəzi oyunlarda xal itirdi və "Qəbələ" bundan istifadə etdi. Hər bir komandaya avrokuboklarda uğurlar arzulayıram. Açığı ə, "Şamaxı"nın elitanı tərk etməsini istəməzdim. Yerli futbolçulardan təşkil edilib. Diviziona düşəndən sonra yenidən Premyer Liqaya qayıtmaq çətin olur. Rəqibləri də "Şamaxı"nı çətinliklə udurdu. Azarkeşləri də yaxşıdır Mənə elə gəlir ki, "Şamaxı"nın düşməyindənsə, iki komandanın gəlməsi daha yaxşı olardı. Həm də regionlarda azarkeşlər də çox gəlir. Üstəlik, hazırda "Şamaxı"da futbola dəstək də var. İstərdim ki, yerli futbolçular itib-batmasın".

 

 

MEHMAN SÜLEYMANOV