"Neftçi" azarkeşlərin dəstəyi ilə "Aris"i keçdi. Əsas burda azarkeşlər böyük rol oynadı ruhlandırmaları ilə. "Rapid"lə "Bakcell Arena"dakı matda isə "Neftçi" ilk 15-20 dəqiqədə rəqibin adından bir az çəkinirdi. Bu üzdən o qədər də yaxşı başlamadı oyuna. Amma bundan sonra matçın gedişatı göstərdi ki, "Rapid"ə qarşı oynamaq mümkündü. Bunu futbolçular meydanda dərk elədilər". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycanın UEFA Kubokunda (hazırkı Avropa Liqasında) ilk mərhələ adladan baş məşqçisi Yunis Hüseynov deyib.

Onun fikrincə, "Neftçi"nin futbolçularının individual şəkildə özlərini yaxşı göstərmələri Konfrans Liqasının III təsnifat mərhələsində "Rapid" üzərində qələbədə böyük rol oynayıb: "Nəticədə 2:0 hesabıyla qalib olan komandamız əfsuslar olsun ki, son saniyələrdə heç nədən qol buraxdı və 2:1 oldu. "Neftçi" indi Avstriyada 2:0-la cavab matçına çıxsaydı, fikrimcə, şanslarını 60-40-a xeyrinə çəkərdim. Amma təəssüf ki, həmin 1 qol ona maneçilik törədə bilər. Düzdür, Bakıda hava da isti idi. Amma bu, hər iki komanda üçün eyni idi. Düşünürəm ki. avtriyalılar evdə yüz faiz hesabı açmaq istəyəcəklər. Bu zaman "Neftçi"nin hücum xəttinin sürətli oyunçuları bundan istifadə, fərdi şəkildə nəsə edə bilərlər. Lakin hazırkı hesabda 60-40-a "Rapid"i şanslı sayıram. Ola bilər ki, rəqib 1:0, 2:0 qalib gəlsin. Amma buna baxmayaraq, "Neftçi" əks-hücumlarda düzgün oynasa, səfərdə də qələbə qazana bilər".

Xatırladaq ki, Vyanadakı cavab matç bu gün Bakı vaxtilə saat 22:30-da başlayacaq. 

 

 

MEHMAN SÜLEYMANOV