"Qarabağ"ın futbolçusu Yassin Benzia karyerasını Tunisdə davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Esperance" 30 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir.
Hətta klub əlcəzairli oyunçunun nümayəndələri ilə danışıqlara da başlayıb.
Qeyd edək ki, Benzia 2023-cü ildən "Qarabağ"da çıxış edir. Onun hazırkı müqaviləsi yayda başa çatır. Ağdam təmsilçisi futbolçuya yeni sözləşmə təklif etsə də, hələlik razılıq əldə olunmayıb.