"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas yeni gəldiyindən ilk rəsmi oyunda ola bilsin müəyyən səhvlər etdi". Bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Seyidov deyib.

Təcrübəli funksioner Bakı təmsilçisinin bu gün Sloveniyada Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Çelye"yə qarşı keçirəcəyi cavab qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Sabah" Bakıdakı görüşdə, xüsusilə də ikinci yarıda rəqibin kəsərli hücumlarının qarşısını ala bilmədi. Təəssüf ki, Dambrauskas ilk görüşdə fasilədən sonra əks hücum futboluna üstünlük verdi. Oyundan sonra mətbuat konfransında latviyalı mütəxəssis inamlı danışsa da, komanda inamsız oynadı. Ümid edək ki, təmsilçimiz cavab qarşılaşmasında daha üstün oyun sərgiləyib səfərdən qələbə ilə dönəcək".

Qeyd edək ki, "Çelye" - "Sabah" oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Azərbaycandakı ilk matçda qonaqlar qələbəyə sevinib - 3:2.