"Qarabağ"ın futbolçusu Marko Yankoviç dəvət aldığı Monteneqro milli komandasının heyətində UEFA Millətlər Liqasında Finlandiya yığmasıyla oyuncönsəi mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi bu görüşün önəmli olduğunu bildiklərini vurğulayıb: "Hər zaman idman planında bir səbəb var. Bəzi oyunların önəmli olmasına, bəzilərinin olmamasına rəğmən, geyindiyimiz forma və bizi dəstəkləyən azarkeşlər sayəsində məqsədə nail olmağa məcburuq. Yaxşı bir komandaya qarşı oynayırıq. Qruplardakı rəqiblərdən çox finlərin oyun tərzini bəyənirəm. 3-5-2 sistemini çox yaxşı oynamağı bacarırlar və rəqibinin irəli getməsinə çətinlik yaradırlar. Çətin olacağını bilirik, amma keçən matçdan sonra bərpa olunduq və inanıram ki, oyuna hazır olacağıq".

Yankoviç hazırkı klub karyerasına da toxunub: "Oynadığım dövrdən sonra yüksələn bir performans göstərirəm. Əvvəlki komandamda oyunum yaxşı deyildi. "Qarabağ"da isə demək olar hər oyun oynayıram. Buna görə formada olmağım normal haldı. Geri dönüşüm sizi bir az təəccübləndirə bilər. Hər zaman daha yaxşı olduğumu və çox şey edə biləcəyimi bilirdim. Sadəcə, bəzi şeylər doğru zamanda olmur. Milli komandada oynayaraq çox şey qazana bilərik. Mənim üçün milli komanda böyük motivasiyadı. Hər zaman hər şəkildə ona yardımcı olmaq üçün burdayam və maksimumu verməyə çalışacam. Şəxsən mən heç bir təzyiq hiss etmirəm. Hamımız böyük bir yarışa getmək istərdik, buna şübhə yoxdu. Uğur qazanacağımızı deyə, söz verə bilmərəm, amma buna çalışırıq". 

Monteneqro - Finlandiya görüşü sabah Bakı vaxtilə saat 22:45-də Podqoritsada keçiriləcək. 7 xalı olan monteneqrolular 2-ci pillədə gedərək, B Divizionunda qrup qalibi ola bilməyəcəyi arıq rəsmiləşib. 

Qeyd edək ki, "Qarabağ"ın digər monteneqrolu futbolçusu - müdafiəçi Marko Veşoviç də millisinə dəvət alıb.