19 yaşadək futbolçulardan ibarət millinin qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədov Premyer Liqa klubunda çalışacaq. Sport24.az-ın əldə etdiyi bilgiyə əsasən futbol ictimaiyyəti arasında daha çox "Qusi" kimi tanınan mütəxəssis elitaya yeni vəsiqə qazanan klubdan təklif alıb.

 

Məhəmmədov "Karvan"da qapıçıların hazırlığına cavabdehlik daşıyacaq. Onun yaxın günlərdə Yevlax klubu ilə müqaviləni rəsmiləşdirəcəyi gözlənilir.

 

Qeyd edək ki, "Karvan" 2024/25 mövsümünün yekunlarına əsasən elitaya yüksəlib.