Azərbaycan milli komandası ardıcıl 2-ci rəsmi oyunda qalib gəlib. Sport24.az xəbər verir i, bu, millimiz üçün 1994-cü ildən çıxış etdiyi UEFA bayrağı altında rəsmi oyunlar çərçivəsində cəmi 2-ci belə haldı.
İlk xorvatiyalı baş məşqçi Robert Prosineçkinin dövründə olmuşdu. Bu, DÇ-2018-nin seçmə mərhələsi idi ki, onda startda San-Marinonu səfərdə, Norveçi evdə 1:0 hesabıyla məğlub etmişdik. Qələbə toplarının müəllifləri millimizin sabiq hücumçusu Ruslan Qurbanovla hazırkı kapitanı, zədə üzündən heyətdə olmayan Maksim Medvedev olmuşdu.
İndisə millimiz UEFA Millətlər Liqasında Belarusu evdə 2:0, Slovakiyanı səfərdə 2:1 hesabıyla məğlub edib. Ondakı matçlar da ardıcıl olmasa da, arada fasilə 1 ay idisə, bu dəfə 3 ay oldu.
Həmin vaxt ümumiyyətlə, millimiz seççmə tsikldə ən uğurlu startını edərək 3 oyundan 7 xalla Almaniya yığmasıyla birgə qrupda şərikli lider idi. Budəfəki qələbə Canni de Byazinin baş məşqçisi olan millimizi qrupda Slovakiyanı qabaqlayaq 2-ci pilləyə yüskəlib.
Növbəti rəqib qrupda son matçda qonağımız olacaq Qazaxıstan yığmasıdı. Bu görüşün həm evdə keçiriləcəyini, həm də qazaxların artıq qalib qalibi olduğunu nəzərə alsaq, millimizin qələbə şansı böyükdü. Buna nail olmaqsa yeni rekorda imza atılması demək olacaq.