Albaniya Super Liqasında V turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatia” evdə "Laçi" ilə qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İsgəndərli start heyətdə meydana daxil olub və 81-ci dəqiqədə, hesab 2:0 olarkən əvəzlənib.
Bu nəticədən sonra “Eqnatiya” 10 xalla (5 oyun) turnir cədvəlində 1-ci pilləyə yüksəlib. "Tirana" da 5 oyundan 10 xalla şərikli liderdi.