"Neftçi"də yaxşı futbolçular var. Adlı-sanlı klublardan gəliblər. Oyuna baxanda isə, komanda şəkilində yox, fərdi şəkildə oynayırlar".

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin veteran futbolçusu Vladislav Qədirov deyib.

 

O, "ağ-qaralar"ın yeni baş məşqçi postuna Yuri Vernidubun təyin olunmasına münasibət bildirib:

 

Komanda şəkilində bərbad oynayırlar. Komandanın içində deyiləm deyə bilmirəm ki, oyunçular niyə oynamır. Ümumilikdə komanda oyunu yoxdur. Yuri Vernidub baş məşqçi postuna gətirildi. Buna qədər də Roman Qriqorçuk, Regekamp və bir neçə xarici məşqçi gəlib. Nə dəyişdi ki? "Neftçi" bizim doğma klubumuzdur. Rəhbərlik nə lazımdır edib. Hansı futbolçuları istəyibsə, gətiriblər. İstəyirik komandamız nəticə qazansın".

 

Qeyd edək ki, ukraynalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.