Şimali Makedoniya millisinin kapitanı Qoran Pandev AVRO-2020-nin C qrupunda Avstriya ilə keçirilən görüşdə tarixi qola imza atıb. Sport24.az xəbər verir ki, makedoniyalılar ilk dəfə bu turnirə qatıldıqlarından, Pandevin matçın 28-ci dəqiqəsində vurduğu bərabərlik qolu əlamətdar olub.

Belə ki, bu, Şimali Makedoniya millisinin Avropa çempionatının final mərhələsində ilk qolu kimi tarixə düşüb.

Bundan başqa, "Cenoa"nın forvardı turnirdə qol vuran ən yaşlı futbolçuların siyahısında 2-ci olub. 37 yaş 321 günlüyündə rəqib qapısına yol tapan Qoran yalnız avstriyalı İvitsa Vastiçdən (38 yaş 257 gün) geri qalır. 

Xatırladaq ki, Pandev "Dalğa Arena"da ilk matçda vurulan ilk qolun müəllifi kimi tarixə düşüb. Bu, 2011-ci ilin avqustun 10-da Azərbaycan millisiylə yoldaşlıq görüşünda yeganə qol olub.