"Maraqlı oyunlar izlədik. Düzdür, gözləntilər ayrı-ayrı idi. Sevindirən, məyus edən və sürpriz komandalar gördük". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Misli Premyer Liqasında mövsümün ilk hissəsini şərh edərkən deyib.
Mütəxəssis çempionatımızın səviyyəsinin yüksəldiyini də vurğulayıb:
"Çempionatımızın səviyyəsi yüksəlib. Bu da işimizə yarayır. Milli komandaya səviyyəli futbolçular hazırlamaq üçün rəqabətli çempionata doğru gedirik. Qış fasiləsindən sonra bizi maraqlı matçlar gözləyir. İndidən darıxırıq. Avrokuboklara düşmək üçün ciddi mübarizə gedir. Aşağı pillədə olan komandalar elitanı tərk etməməmək üçün güclənməlidir. Hər bir komandaya uğurlar arzu edirəm".