Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sabah" - "Sumqayıt" oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Oyunu şərh etmək çətindir. Ümid edirəm ki, nə vaxtsa "Sumqayıt"a qol vura biləcəyik.

 

- Klubunuz ölkənin ən yaxşı imkanları olan klublardandır. Amma çempionatda 5-ci sıradasınız, kubokda da ilk oyunda heç-heçə etdiniz. Əsas hədəfin kubok qazanmaq olduğu deyilir. Sizcə, belə imkanları olan komandanın kubok yolu ilə avrokuboklara getmək istəməsi nə dərəcə uyğundur?

 

- Tək kuboka yox, çempionata da köklənirik. Məqsədimiz hər oyundan maksimum xal qazanmaqdır.

 

- Legioner limitinin ləğvinə münasibətiniz necədir?

 

- Hesab edirəm ki, dünyanın heç bir yerində limit fayda gətirmir. Limitin olmasına qarşıyam.

 

- Xəyal Əliyevə əvvəlki oyunlarda çox şans vermirdiniz. Bundan sonra onu əsas heyətdə daha çox görəcəyik?

 

- Hər oyun şans qazanır. Əksinə, onun oynamadığı yadıma gəlmir. Xəyal perspektivli oyunçudur. Onun böyük gələcəyi var. Azərbaycan futbolunda belə gənclərə şans tanımaq lazımdır.

 

Nuh Tarverdiyev