AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

 

O, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Fənərbağça" (Türkiyə) – "Anderlext" (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

 

Qeyd edək ki, qarşılaşma fevralın 13-də İstanbulda yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.