AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşov sertifikatla təltif edilib. Sport24.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

 

O, UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə seminarda iştirak edib. "UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı" mövzusunda keçirilən seminarı Niderlandın paytaxtı Amsterdamda baş tutub.

 

Dadaşov tədbirdə "UEFA-nın Klubların Lisenziyalaşdırılması"nın 20 illiyinin tamam olması ilə əlaqədar sertifikatla təltif edilib.