Ayxan Abbasovun baş məşqçisi olduğui 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq. Sport24.az xəbər verir ki, komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gələcək. 

 

Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. 

 

Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək. 

 

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.