Joze Mourinyo ilə yollarını ayıran "Fənərbaxça" yeni baş məşqçi axtarışlarını davam etdirir. Sport24.az xəbər verir ki, İsmail Kartalla şifahi razılıq əldə edən İstanbul nəhəngi digər variantları da nəzərdən keçirir.

 

Super Liqa təmsilçisi bir neçə əcnəbi mütəxəssislə danışıq aparır. Artıq onlardan ikisi "Fənərbaxça"nın təklifini geri çevirib.

 

Lusiano Spaletti ailəsi ilə vaxt keçirmək istədiyi üçün Türkiyə klubunun təklifini qəbul etməyib. Angelos Postekoqlu isə Avropaanın 5 böyük liqasında çalışmaq istəyir.

 

"Fənərbaxça" danışıq apardığı məşqçilərlə anlaşa bilməsə, İsmail Kartalla müqavilöə imzalayacaq.