"İnter" "Nyukasl"a keçməkdən imtina edən yarımmüdafiəçi David Frattesi ilə müqaviləni uzatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, klub nümayəndələri artıq 25 yaşlı italiyalı ilə detalları müzakirə edirlər. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi 2024-cü ilin iyulundan "İnter"də çıxış edir.

 

Qeyd edək ki, Frattesi 2024/25 mövsümündə bütün turnirlərdə 47 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.