"Quba" yeni basketbolçu ilə heyətini gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bölgə təmsilçisi Mayk Raytla müqavilə imzalayıb.

 

1998-ci il mayın 25-də ABŞ-ın Cənubi Karolinanın Summerville şəhərində dünyaya gələn Rayt hücumameyilli müdafiəçidir.

 

Qeyd edək ki, o, ilk olaraq ABŞ-ın "University of illinois Springfield" komandasında oynayıb. Azərbaycana gələnə qədər "Vlajniya" (Albaniya) və GAU (Gürcüstan) klublarında çıxış edib.