Bu gün Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının iclası keçirilib. Sport24.az xəbər verir ki, əvvəlcə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyasının sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib.

 

Taekvondoçumuz indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.

 

Səsvermədən sonra Atletlər Komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

 

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.