Bu gün İsveçrənin Sanqt-Qallen şəhərində "Swiss Open" beynəlxalq turnirinə start veriləcək. Sport24.az xəbər verir ki, bu məqsədlə böyüklərdən ibarət milli komandamız İsveçrəyə yola düşüb.

 

Yarışda böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, məşqçi Günay Zeynalovanın rəhbərliyi altında ölkəmizi 8 taekvondoçu təmsil edəcək.

 

Qeyd edək ki, turnirə sentyabrın 8-də yekun vurulacaq.