Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisini Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə oyuna çıxaracaq məşqçi müəyyənləşib. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı köməkçi məşqçi Elnur Çodarov meydana çıxaracaq.

 

Qeyd edək ki, sentyabrın 9-da "Liv Bona Dea Arena"da keçiriləcək görüş saat 18:00-da start götürəcək.