Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, U-21 Bəhreynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Rəşad Eyyubovun yetirmələri rəqibin qapısından 3 cavabsız top keçirərək, böyükhesablı qələbə qazanıblar – 3:0.

 

Komandanın heyətində qolları 32-ci dəqiqədə Qurban Səfərov, 87-ci dəqiqədə Nihad Əhmədzadə və 89-cu dəqiqədə Lorenzo Mezzotero vurublar.

 

Qeyd edək ki, U-21 toplanış çərçivəsində növbəti yoxlama oyununu iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçiriləcək.