Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib. Sport24.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.

 

Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53-cü dəqiqədə), Əli Bəşirov (70 və 75-ci dəqiqələr) və Roman Fərzəli (79-cu dəqiqə) rəqib qapısından keçiriblər.

 

U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq.