Türkiyə millisinin futbolçuları AVRO-2020-nin Bakıdakı oyunları üçün azərbaycanlı azarkeşlərdən dəstək istəyib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın "Facebook" səhifəsində paylaşım edilib.

Belə ki, "ay-ulduzlular"ın qapıçısı Altay Bayındır və yarımmüdafiəçisi Okay Yokuşlu videomüraciət yolu ilə tərəfdarlara səslənib. Onlar azarkeşlərdən Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmalarda yığmanı yalnız buraxmağı xahiş ediblər.

Qeyd edək ki, A qrupunda yer alanTürkiyə millisi final mərhələsində ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. Şenol Günəşin komandası bunun ardından BOS-da oynayaraq Uelslə iyunun 16-də, İsveçrə ilə iyunun 20-də görüşə çıxacaq.