"Turan Tovuz" Misli Premyer Liqasında sön dövrənin ilk matçına itkilərlə çıxacaq. Bu haqda Sport24.az-a məlumat verən komandanı baş məşqçisi  Ayxan Abbasov iki futbolçuyla bağlı problemlərinin olduğunu deyib: "Millisinə yollanan cənubi afrikalı müdafiəçimiz Xulu Siyanda oyuna gəlib çatmadı. O, "Sumqayıt"la matç günü düşərgəyə gəlir. Digər mərkəz müdafiəçimiz Tərlan Quliyev isə neçə gün xəstə oldu. O, yalnız bir məşq edib, o da bu gün. Sabah yəqin, ehtiyatda olacaq. Baxacağıq son vəziyyətinə. Kapitanımız Şəhriyar Əliyev xəstəlikdən sonra tam sağalıb. Hücumçumuz Natan Oduva isə zədəsini sağaldıb. Hər ikisinin vəziyyəti normaldı və oynamağa hazırdırlar".

Xatırladaq ki, "Turan Tovuz" - "Sumqayıt" görüşü sabah saat 15:30-da keçiriləcək.

 

 

MEHMAN SÜLEYMANOV