"Düşünürəm ki, bu, yaxşı transferdir, çünki o, yaxşı futbolçu və yaxşı insandır". Bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç deyib.

Hazırda Polşa təmsilçisi "Motor"da çıxış edən xorvatiyalı qolkiper Azərbaycan millisinin hücumçusu ilə komanda yoldaşı olub.

29 yaşlı oyunçu Renat Dadaşovla əvvəlcədən tanış olduğunu söyləyib:

"Biz Bakıda tanış olmuşduq. Azərbaycan millisində Eddi İsrafilovla yaxşı dost idi və bir dəfə görüşmüşdük. Amma Eddi mənə onun haqqında çox yaxşı şeylər danışdı. Düşünürəm ki, bu, yaxşı transferdir və o, bizə mütləq kömək edəcək. Ötən mövsüm "Radomyak"da oynayıb, həm də klubumuzun məşqçiləri üçün onu tanıyırlar, kəşf edirlər, bəyənirlər və buna görə də onu bura gətiriblər".

Qeyd edək ki, İvan Brkiç "Neftçi"dən ayrıldıqdan sonra "Motor"a keçib. Renat Dadaşov ötən gün Polşa klubu ilə müqavilə imzalayıb.