Boksçumuz Əminə Tağı Avropa çempionu olub. Sport24.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyada yeniyetmələr arasında keçirilən qitə çempionatında imza atıb.

 

Əminə həlledici görüşdə erməni Amest Afrikyanı məyus edib. O, rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək "qızıl"a sahib çıxıb.

 

Digər boksçularımız Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

 

Qızlardan ibarət millimiz Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

 

Oğlanların yarışında isə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.

 

Qeyd edək ki, oğlan boksçularımızdan daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medalı boyunlarından asıblar