"Zirə" klubu ciddi itki ilə üzləşib. Bu barədə Sport24.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Komandanın aparıcı müdafiəçisi Ruan Renato cəzalı duruma düşüb.
Buna 32 yaşlı müdafiəçinin ötən gün "Turan Tovuz"a uduzduqları Misli Premyer Liqasının XXI turunun oyununda (0:2) sarı vərəqə görməsi səbəb olub.
Braziliyalı oyunçu cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyi üçün XXII turda "Araz-Naxçıvan"la matçda iştirak etməyəcək.
Ruan Renato cari mövsüm Premyer Liqadakı 21 matçın hamısında meydanda olub.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Zirə" oyunu fevralın 27-də baş tutacaq.