"Turan Tovuz" milli komandaların oyunları ilə əlaqədar fasilədə yoxlama matçı keçirəcək. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov I Divizionda çıxış edən ikinci komandasıyla qarşılaşacaqlarını deyib.

Tovuz şəhər stadionundakı görüş martın 25-i saat 16::00-a planlaşdırılıb.

Xatırladaq ki, "Turan Tovuz-2" I Divizionda 15 komanda arasında 4-cü yerdə gedir.