Misli Premyer Liqasının II turu davam edir. Sport24.az xəbər verir ki, 2-ci turun 3-cü oyun gününə "Azersun Arena"da yekun vurulacaq.

 

"Turan Tovuz" "Araz-Naxçıvan"ı qonaq edir. Nominal meydan sahibləri mövsümə qələbə ilə start veribsə, Naxçıvan təmsilçisi "Zirə" ilə "sülh" bağlayıb. Heç şübhəsiz ki, qarşısına çempionluq məqsədi qoyan tovuzlular hesabat turunda da qələbə üçün meydana çıxacaq. Elmar Baxşıyevin yetirmələri də mövsümdə ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq. Kimin arzunu reallığa çevirəcəyini isə 90 dəqiqənin tamamında biləcəyik.

 

Qeyd edək ki, II tura sabah keçiriləcək "Qəbələ" - Zirə" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, II tur

19:30. "Turan Tovuz" - "Araz-Naxçıvan"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. "Azərsun Arena".