3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsinin ikinci oyun gününün afişası məlum olub. Sport24.az xəbər verir ki, bu gün Fəvvarələr meydanında ilk olaraq 1/4 finalın oyunları keçiriləcək.

 

Niderland yığması saat 16:00-da "Şanxay Redvinqs"lə, 16:25-də Azərbaycan millisi Rumınıyanın "CS Rapid" klubu ilə, 16:50-də Çexiya İtaliya ilə, 17:15-də isə Niderlandın U-25 kollektivi Polşa basketbolçuları ilə üz-üzə gələcək. 

 

Qeyd edək ki, daha sonra yarımfinal və final qarşılaşmaları baş tutacaq. Turnirin həlledici görüşü isə saat 19:15-ə planlaşdırılıb.