Türkiyə Superliqasının üçüncü həftəsində "Fənərbaxça" öz meydanında "Kocaelispor"u 3:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo matçdan sonra açıqlamasında komandasının daha çox qol vura biləcəyini deyib.

 

"Bu gün 5-6 qol vura bilərdik. İlk dəqiqədən oyunda üstün idik. Fasilədədən əvvəl 3-4 qol vura bilərdik. Çox üstün idik. Haqq etdiyimizdən daha az fərqlə qalib gəldik", - deyə baş məşqçi bildirib.

 

Mourinyo həmçinin sosial media və televiziya şərhçilərinə də eyham vurub: "Bu gün çox yaxşı idik, amma bəlkə sosial media və televiziyadakı şərhşilər mənimlə razılaşmayacaqlar. Onlar hər şeyi başqa cür görürlər".