"Qalatasaray" "Barselona"nın yarımmüdafiəçisi Runi Bardqici ilə maraqlanır. Sport24.az xəbər verir ki, Türkiyə klubu 19 yaşlı futbolçunu 1 illik icarəyə götürmək istəyir.
Kataloniyalılar yeni futbolçuların qeydiyyatı ilə bağlı problemlər yaşadığından, həmçinini futbolçunun İstanbul klubunda oyun praktikası qazanacağını nəzərə alaraq, keçidin əleyhinə deyil.
Xatırladaq ki, Bardqici iyulun 14-də "Barselona"ya keçmişdi.
19 yaşlı Küveytəsilli isveçli bundan əvvəl "Kopenhagen"də oynayıb.