"Sportinq"in hücumçusu Konrad Harder "Milan"ın diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, "rossonyerlər" 20 yaşlı forvardın mümkün transferinin şərtlərini Lissabon təmsilçisi ilə müzakirə edib.

 

Ötən mövsüm Harder bütün turnirlərdə 47 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Daha əvvəl "Milan"ın futbolçunun səhhəti ilə bağlı şübhələrə görə forvard Viktor Bonifas ilə müqavilənin imzalanmasını təxirə saldığı barədə məlumatlar yayılmışdı.

 

Onlar hazırda Konradın transferi üçün çalışır. 20 yaşlı danimarkalının "Sportinq"lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, 2024-cü ildə Danimarkanın "Nordşlennad" klubundan "Sportinq"ə keçib.