Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə klubunu dəyişib. Sport24.az xəbər verir ki, son mövsümdə Rusiya təmsilçisi "Karanodar"ın formasını geyinən hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
O, qardaş ölkənin "Yüksekova" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cəfərzadə Azərbaycanın qadınlardan ibarət əsas millisinə 2010-cu ildən dəvət alır.