"Çox istərdik ki, millimiz İslandiya və Fransa ilə oyunda xallar qazanıb, turnir cədvəlində 2-ci yer real görünməsə də, 3-cü yerə yüksəlsin". Bu sözləri Sport24.az-a açıqlamasında Tərlan Əhmədov deyib.

53 yaşlı təcrübəli mütəxəssis millimizin İslandiya və Fransa ilə oyunda şanslarını dəyərləndirib:

"İstəyirik yığmamız futbol oynasın. Həmişə deyirik mübarizə apardıq, amma futbol adına heç nə yoxdur. Nəticə qazanmaq lazımdır. Arzum odur ki, heç olmasa, İslandiyaya qalib gələk. Millimizin futbolçuları klublarında heyətə düşməkdə çətinlik çəkirlər. Bunu bacarmasalar, çətin olacaq. Bu gedişat onu göstərir ki, nə qədər də yığmadan uğurlu nəticə gözləsək, hədər olacaq. Legioner futbolçularımızdan Mahir Emreli yığmaya gələ bilmir, zədəsi var. Problem çoxdur, danışmağa dəyməz, ildən-ilə geri gedirik".

Qeyd edək ki, millimiz DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.