Milli komandanın sabiq üzvü II Liqa komandası ilə anlaşıb. Sport24.az xəbər verir ki, Təmkin Xəlilzadə aşağı dəstədə çıxış edən "Qusar"la ortaq məxrəcə gəlib.

Premyer Liqada "Zirə", "Sabah", "Qəbələ" kimi klubların formasını geyinmiş futbolçu hazırda zədəli olduğundan yeni komandasına kömək edə bilmir.

Qeyd edək ki, 30 yaşlı Xəlilzadə qış fasiləsində "Zirə"dən gedəndən sonra böyük futboldan ayrı düşmüşdü. O, bu müddətdə əvvəl fuzalda, sonra minifutbolda top qovub.